Dünya

“Opera VPN” proqramının fəaliyyəti dayandırılır

16 Aprel 2018 19:10

“Opera Software” şirkəti aprelin 30-dan etibarən “Opera VPN” əlavəsinin işini dayandıracaq. Bu barədə müvafiq məlumat şirkətin rəsmi saytında yerləşdirilib.

İsveçdə hərəkət edən elektrokarları enerji ilə dolduran dünyada ilk yol istifadəyə verilib

16 Aprel 2018 18:55

İsveçdə istifadəyə verilmiş yol onun üzərində hərəkət edən elektrokarları enerji ilə dolduracaq.  

Beren Saat geri qayıtdı

16 Aprel 2018 18:45

Uzun müddətdir sosial şəbəkələrdən istifadə etməyən aktrisa Beren Saat geri dönüb.  İzləyicilərinin tənqidi sözlərinə görə sosial şəbəkələrdən uzaqlaşan Beren bu gün yeni fotolar paylaşıb.

13 yaşlı uşaq vikinqlərin xəzinəsini tapdı

16 Aprel 2018 18:40

Almaniyada 13 yaşlı uşaq həvəskar arxeoloqla birgə xəzinə tapıb. Məlumata görə, xəzinənin xristianlığı Danimarkaya gətirən "Mavi diş" ləqəbli əfsanəvi kral Haralda aid ola biləcəyi ehtimal edilir. Həvəskar arxeoloq və onun 13 yaşlı şagirdi tapılanların əvvəlcə aliminium olduğunu düşünüblər. Lakin sonradan bunların gümüş xəzinəsi olduğu bəlli olub.

Foto və video çəkilişi üçün mükəmməl smartfon bəlli olub

16 Aprel 2018 18:30

“Huawei P20 PRO” smartfonunun kamerası foto və video çəkilişi üçün ən mükəmməl qurğu hesab edilir. Smartfon sahibləri, hətta aşağı işıqlanma şəraitində keyfiyyətli şəkillər çəkmək imkanına malikdirlər. “Huawei AIS” kamerasının altıoxlu sabitləşmə sistemi, saniyələr ərzində fokuslanma imkanına malik 4D avtofokus xüsusiyyəti modeli daha cəlbedici edir.

Elektron qurğulardan asılılıq sağlamlıq üçün təhlükəlidir

16 Aprel 2018 18:25

San-Fransisko Universitetinin alimləri ildən-ilə geniş yayılan elektron qurğulardan asılılığın insanları bədbəxt etməsi qənaətinə gəliblər.

İşıq üzü görməyən “iPhone X” modelinin fotoşəkilləri dərc olunub

16 Aprel 2018 18:20

ABŞ Federal Rabitə Komissiyasının saytında işıq üzü görməyən qızılı rəngli “iPhone X” smartfon modelinin fotoşəkilləri dərc edilib.

Türkiyə yeni əməliyyata başladı - Bu dəfə öz ərazisində

16 Aprel 2018 18:15

Türkiyə Silahlı Qüvvələr ölkənin cənubunda PKK terror təşkilatına qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatda Türkiyə Hava Qüvvələrinin "ATAK" vertolyotları da iştirak edir. Hazırda Türkiyə hərbçiləri il PKK terrorçuları arasında atışma getdiyi bildirilir.

ABŞ-da 7 məhbus həbsxanada kütləvi davada ölüb

16 Aprel 2018 18:09

ABŞ-da həbsxanada məhbuslar arasında kütləvi dava olub.  ABC telekanalına açıqlama verən "Lee Correctional İnstitute" cəzaçəkmə müəssisəsinin nümayəndəsi Ceffa Taylon bildirib ki, kütləvi dava bazar günü axşam saatlarından başlayıb, bazar ertəsi ştatın hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyi ilə dayandırılıb. 

Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

16 Aprel 2018 18:00

Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib. Məlumata görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.

Yerevanda iğtişaşlar davam edir: 3 polis yaralanıb

16 Aprel 2018 17:59

Yerevanda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma davam edir.

Tramp: "Çin və Rusiya valyutaların məzənnəsi ilə oynayırlar"

16 Aprel 2018 17:31

Çin və Rusiya valyutaların devalvasiyası ilə oynayırlar, bu, "qəbuledilməzdir". Məlumata görə, belə bi bəyanatı ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində səsləndirib.

Kremldən Makrona cavab: Türkiyə ilə ayrılmadıq

16 Aprel 2018 17:17

Suriyaya edilən hücum Türkiyə ilə Rusiyanı ayırmadı. Bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Moskva ilə Ankaranın bir sıra məsələlərdə fikir ayrılıqları yaşadıqları heç kimə sirr deyil. Ancaq bu vəziyyət fikir mübadiləsi aparmaq və mövqelərimizdəki fərqlilikləri müzakirə etməyə əngəl törətmir”, - Peskov bildirib.