Dünya

Türkiyədə İŞİD-in "ölüm briqadası"nın üzvləri ələ keçdi

17 Aprel 2018 11:17

Türkiyənin Sakarya vilayətində xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının "ölüm briqadası"ının 4 üzvü saxlanılıb. Məlumata görə, saxlanılan şəxslərin ikisinin İraq, digər ikisinin isə Suriya vətəndaşı olduğu bildirilir. Onların arasında qadın da var. Təfərrüatlar haqqında məlumat verilmir.

Sarkisyanı yolun ortasında BİR HƏRƏKƏTİYLƏ MƏHV ETDİ – Qiyamçılardan ŞOK ADDIM-CANLI YAYIM

17 Aprel 2018 11:11

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı paytaxt İrəvanda keçirilən aksiyalarla əlaqədar vəziyyət hər keçən dəqiqə gərginləşir.

Arvad ərini elə səbəbdən məhkəməyə verdi ki... - Hakim ŞOKA DÜŞDÜ

17 Aprel 2018 11:04

Türkiyədə arvad ərini üzündəki səpkilərə güldüyü üçün məhkəməyə verib. Hadisə İstanbulda baş verib. Belə ki, evdar xanım olan C.Gülcan həyat yoldaşı C.Mustafanın ona "Üzündə niyə sızanaq var" deyərək zarafat etməsindən sıxıldığını deyərək məhkəməyə müraciət edib: "Hamilə vaxtımda belə deyib gülməsi mənə psixoloji təsir edir. Əlimdən gələni edirəm ki, onlar sağalsın. Mənimlə istehza etməsi xoşuma gəlmir. Artıq dayanacaq gücüm qalmayıb, boşanmaq istəyirəm".

6 min 846 miqrant ölkəsinə döndü

17 Aprel 2018 11:05

Türkiyə Əfqanıstan əsilli miqrantları ölkədən çıxartdı. Olaylar.az bildirir ki, 6 min 846 əfqanıstanlı İran üzərindən qeyri –qanuni yolla Türkiyəyə sıxınmışdı. Türkiyə Miqrasiya İdarəsinın açıqlamasında qeyd edirdi ki, əfqanıstanlılar əsasən ölkənin Ərzurum, Ağrı, İzmir bölgələrində məskuunlaşıblar.

Türkiyədə zəlzələ

17 Aprel 2018 10:06

Böyük Britaniyada avtomobil kütləyə çırpılıb, xəsarət alanlar var

17 Aprel 2018 07:58

Böyük Britaniyanın Mançester şəhərində avtomobil kütləyə çırpılıb. Ticarət mərkəzinin qarşısında baş verən hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Müxtəlif dərəcəli xəsarət alan yaralılar xəstəxanalara çatdırılıb.

Güclü yağış 9 nəfərin ölümünə səbəb oldu

17 Aprel 2018 07:56

Tanzaniyanın paytaxtı Dar əs Salamda leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 9 nəfər ölüb. Ölənlərin arasında qadın və uşaqların da olduğu bildirilir.

Tutuquşuların köməyi ilə üstü açılan 6 CİNAYƏT HADİSƏSİ - FOTO

17 Aprel 2018 07:50

Dünya mediasından oxuduğumuz xəbərlərdə cinayətin üstünü açan xüsusi təlim keçmiş itlər haqqında çox eşitmişik. Partlayıcı qurğuların tapılması, narkotik vasitələrin, isti izlərin, qan qoxusunun ardınca düşərək cinayətin üstünün açılmasına kömək edən itlərlə yanaşı tutuquşular da var. Bu dəfə sizə tutuquşuların köməyi ilə üstü açılan cinayətlər haqqında danışacağıq. Tutuquşuların üstünü açdığı 6 maraqlı cinayət hadisəsini təqdim edirik:

Suriya ordusunun aviabazasına zərbələr endirilir

17 Aprel 2018 07:36

Hazırda Suriyanın Homs əyalətində yerləşən “Şayrat” aviabazasına zərbələr endirilir. Bu barədə yerli SANA agentliyi xəbər verib. Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil.

XİN-də kütləvi işdən qovulma - Nazir açıqladı

17 Aprel 2018 07:23

Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Konçita ilə bağlı QORXUNC XƏBƏR YAYILDI

17 Aprel 2018 07:20

Avsrtiyanı 2014-cü ildə “Avroviziya” mahnı yarışmasında təmsil edən Konçita Vurst HİV (Human Immunodeficiency Virus) virusu daşıyıcı olduğunu açıqlayıb. Müğənni keçmiş sevgilisinin onu şantaj etdiyini, buna görə bu açıqlamanı vermək məcburiyyətində olduğunu deyib.

“Ağıllı” qoruyucu bilərzik istifadəçinin qayğısına qalacaq

16 Aprel 2018 19:20

ABŞ-ın Alabama Universitetinin alimləri “ağıllı” siqnal bilərziyinin prototipini hazırlayıblar. Qurğu istifadəçiyə hücum və ya onun fiziki vəziyyətinin qəfil dəyişməsi zamanı işə düşür.