Dünya

Türkiyədə PKK silahlıları ilə hərbçilər arasında atışma baş verib

23 Aprel 2018 16:35

Türkiyənin cənub-şərqindəki Tunceli vilayətində PKK silahlıları ilə hərbçilər arasında atışma baş verib. Məlumata görə, atışma nəticəsində 3 silahlı məhv edilib.

Kreml: Ermənistanda baş verənlər bu ölkənin daxili işidir

23 Aprel 2018 16:26

Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib. Məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb. "Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib. 

"İrəvanda aksiyada iştirak edən hərbçilər ağır şəkildə cəzalandırılacaqlar"

23 Aprel 2018 16:20

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları davam edir. Aksiya iştirakçılarına hərbçilər də qatılıblar. Ermənistan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, etiraz aksiyasında iştirak edən hərbçilər ağır şəkildə cəzalandırılacaqlar.

Şeyx toya getdi, FOTOsu qalmaqal yaratdı

23 Aprel 2018 16:18

Qətərin baş naziri şeyx Abdulla bin Naser bin Xəlifə əl Tani srağagün Əbd əl Rəhman bin Ümeyr əl Nüəyminin oğlunun toyuna qatılıb.

İŞİD seçkilərə qarışdı: 37 ölü, 54 yaralı

23 Aprel 2018 16:16

Əfqanıstanın paytaxtı Kabildəki terror partlayışında 31 nəfər həlak olub, 54 nəfər həlak olub. Kabilin qərbindəki seçki məntəqəsinə qeydiyyat üçün gəlmiş insanların arasındakı "canlı bomba" partladıcı qurğunu işə salıb. Az sonra Puli-Xumri şəhərində də partlayış olub, 6 nəfər həlak olub. Partlayışlara görə İŞİD məsuliyyəti üzərinə götürüb.

Yerevanda 40-dan çox nümayişçi saxlanılıb

23 Aprel 2018 16:13

Ermənistanın paytaxt Yerevan şəhərindəki kütləvi iğtişaşlarla bağlı Xüsusi İstintaq Xidmətinin (XİX) açdığı cinayət işi üzrə 41 nəfər saxlanılıb. Bu barədə report Ermənistan KİV-inə istinadən xəbər verir.

Almaniya da Türkiyəyə seçki təbliğatı aparmağa icazə verməyəcək

23 Aprel 2018 16:11

Almaniya iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar təbliğat kampaniyasına icazə verməyəcək. Bu barədə Almaniyanın xarici işlər naziri Heiko Maas Kanadanın Toronto şəhərində keçirilən “G7”yə üzv dövlətlərin XİN başçılarının toplantısı zamanı jurnalistlərin “Türkiyədə keçiriləcək seçkilərlə bağlı Almaniya təbliğat kampaniyasına icazə verəcəkmi” sualına cavabında bildirib.

ABŞ-da Serj Sarkisyana qarşı etiraz aksiyası keçirildi

23 Aprel 2018 16:07

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilib. Ermənistan KİV-ləri xəbər verir ki, mitinqi ABŞ-dakı erməni icması təşkil edib.

Ermənistanda fövqəladə vəziyyət tətbiq edilə bilər

23 Aprel 2018 16:05

Yerevanı bürümüş etiraz aksiyalarının qarşısını almaq üçün hökumət fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi məsələsini gündəmə gətirib.

Ermənistan Müdafiə Nazirliyi hərbçilərin nümayişlərə qatılmasını pislədi

23 Aprel 2018 16:03

Ermənistan Müdafiə Nazirliyi bir qrup hərbçinin nümayişə qoşulmasını kəskin şəkildə pisləyib.

Ermənistan prezidenti etirazçıları dialoqa çağırdı

23 Aprel 2018 16:00

Ermənistan prezidenti Armen Sarkisyan ölkədə baş verən situasiya ilə bağlı yenidən bəyanat verib.  Sarkisyan bildirib ki, bütün problemləri dialoq, danışıqlar vasitəsi ilə həll etmək iqtidarındadırlar: "Bu, mənim çağırışımdır və heç kim şübhə etməsin ki, biz birgə istənilən problemi həll edə bilərik. Həyat davam edir və biz öz dəyərlərimizi qorumalıyıq". 

Almaniyadan başqa daha 2 ölkə Türkiyəyə qarşı çıxdı

23 Aprel 2018 15:56

"Xarici siyasətçilərin Almaniyada seçkiöncəsi təbliğat-təşviqat kampaniyası keçirməsinə icazə verilməyəcək".   Bunu Almaniya xarici işlər naziri Heiko Maas bildirib. Məlumata görə, eyni formada açıqlama Avropanın bir neçə ölkəsindən gəlib. Bildirilir ki, Hollandiya və Avstriya da bu mövzuda Almaniyaya dəstək veriblər. 

Məxfi görüşün ŞOK DETALLARI: Sarkisyanın vəzifəsi donduruldu, Karapetyan isə...

23 Aprel 2018 15:56

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanın iştirakı ilə fövqəladə müşavirə keçirilib. 

Sarkisyanlar çətin durumda

23 Aprel 2018 15:14

Ermənistanda vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Serj Sərkisyanın baş nazir postunu mənimsəməsinə qarşı çıxan erməni xalqı artıq 10 günə yaxındır ki, işğalçı ölkə rəhbərliyinin yuxusunu ərşə çəkib. İndi baş nazir Serj Sarkisyan qədər, onun xələfi prezident Armen Sərkisyan da etiraz dalğasının hakimiyyət çevrilişinə qədər gedib çıxacağından ehtiyat edir. Bu arada yeni prezidentin tezliklə xalq kütlələri qarşısında aciz duruma düşəcəyi də istisna edilmir. 

Türkiyə siyasətində yeniliklər gözlənilir

23 Aprel 2018 15:08

Bu günlərdə qardaş Türkiyədə əsas müzakirə mövzusu yaxın aylarda keçiriləcək növbədənkənar seçkilərdir. Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə nəzərdə tutulan növbədənkənar seçkilər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycanın bir çox ekspertləri, politoloqları qardaş ölkədə keçiriləcək seçkilərlə bağlı öz dəyərləndirmələrini ortaya qoyurlar.