Dünya

Yeni zərərli proqram “Microsoft Office”in yoluxdurulmuş sənədləri vasitəsilə yayılır

23 Aprel 2018 19:40

Çinin “Qihoo 360” kibertəhlükəsizlik şirkəti tərəfindən aşkar edilmiş zərərli proqram təminatının yeni növü hazırda internetdə aktiv yayılır. Zərərli proqram təminatı “Windows” istifadəçilərinin kompüterinə bekdor quraşdırmaqdan ötrü “Internet Explorer” brauzerində “sıfır günü” boşluğundan istifadə edir.

Erməni xalqı hərbi xuntaya yox dedi

23 Aprel 2018 19:35

Aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlanan etiraz aksiyası nəhayət ki, məntiqi sonluqla nəticələndi. Hələ prezident postunda əyləşərkən hakimiyyəti qəsb etmək planı üzərində işləyən Sarkisyanın arziları puça çıxdı. Birmənalı şəkildə hakimiyyəti mənimsəmək iddiasında olan Sarkisyanın “konstitusiya islahatı” və digər siyasi gəzişmələri heç bir nəticə vermədi.

“iPhone” smartfonlarını utilizasiya edən robot nümayiş olunub- VİDEO

23 Aprel 2018 19:30

Apple" şirkəti "iPhone" smartfonlarının utilizasiyası üçün nəzərdə tutulan yeni robot nümayiş etdirib.

İlk “8К” "Sharp" televizorunun qiyməti məlum olub

23 Aprel 2018 19:20

"Sharp" şirkətinin ötən ilin sentyabrında Almaniyada keçirilən "IFA 2017" sərgisində ictimaiyyətə təqdim etdiyi "8К" formatlı dünyanın ilk televizoru satışa çıxarılır.  

Smartfonu əşyaların üzərinə toxundurmaqla onları müəyyənləşdirmək mümkün olacaq

23 Aprel 2018 19:10

Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) mühəndislər qrupu smartfonu əşyaların üzərinə toxundurmaqla onları müəyyənləşdirməyə imkan verən mobil əlavə yaradıb.   

“Adobe Flash” texnologiyasının fəaliyyətinə son verilir

23 Aprel 2018 19:00

“W3Tech” şirkətinin yeni hesabatına əsasən, “Flash” texnologiyası tədricən internetdən yox olur. 2018-ci ilin aprel ayına olan məlumata görə, “Flash” texnologiyasından istifadə edən saytların sayı yalnız 4,8% təşkil edib və bu göstərici tədricən azalacaq.

2030-cu ilədək dünyanı dəyişdirəcək texnologiya təqdim ediləcək

23 Aprel 2018 18:55

Beşinci nəsil şəbəkəsinin kommersiya istismarı yalnız 2020-ci ilə planlaşdırılıb, amma Finlandiyanın Oulu Universiteti artıq "6G" texnologiyası üzərində işlərə başlayıb. Universitet rəhbərliyi altıncı nəsil şəbəkəsindən istifadə perspektivlərinin öyrənilməsi üçün nəzərdə tutulmuş "6Genesis" tədqiqat proqramının maliyyələşdirilməsini elan edib.   

Tanışlıq üçün mobil proqramların təhlükəsi açıqlanıb

23 Aprel 2018 18:50

Tanışlıq üçün əksər mobil əlavələr internetdə istifadəçi məlumatlarını yayır. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin tədqiqatında deyilir.

Erməni əhalisinin siyasi iradəsi qalib gəldi -  Politoloq

23 Aprel 2018 18:42

10 gündən artıqdır ki, Ermənistanda baş nazir Serj Sarkisyana qarşı davam edən etiraz aksiyaları artıq öz nəticəsini verdi. Eks-prezident istefa verməyə məcbur qaldı.

Erməni xalqı cinayətkar xuntaya yox dedi - Canlı yayım

23 Aprel 2018 18:41

Ermənistanın paytaxtı İrəvan şəhərinin Respublika meydanında və ona yaxın küçələrdə əhali Serj Sarkisyanın istefasını sevinclə qarşılayıb.

Sarkiyanın istefası ailəsini VURDU

23 Aprel 2018 18:32

Ermənistanın baş naziri postundan istefa verən Serj Sarkisyanın anası Nora Sarkisyanın vəziyyəti pisləşib.  O, hazırda “Nairi” tibb mərkəzindədir. “Nora Sarkisyan profilaktik müalicə kursu alır. Onun vəziyyəti kafidir”, - tibbi mərkəzin həkimi Nonna Martirosyan bildirib.

Gürcüstanın sabiq müdafiə naziri 9 il müddətinə azadlıqdan məhrum edilib

23 Aprel 2018 18:28

Gürcüstanda məhkəmə sabiq müdafiə naziri Baço Axalaya barəsində hökm elan edib. Prokuror Maya Dçvarşeişvili bildirib ki, 4 il davam edən prosesə yekun vurulub. Onun sözlərinə görə, B. Axalaya 9 il azadlıqdan məhrum edilib.

Ermənistanda baş nazir vəzifələrini müvəqqəti icra edən məlum oldu - KİM?

23 Aprel 2018 18:24

Serj Sarkisyanın istefasından sonra Ermənistan baş nazirinin birinci müavini Karen Karapetyan baş nazir vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Yüz minlərlə erməni qələbəni qeyd edir

23 Aprel 2018 17:57

Bir neçə dəqiqə əvvəl Ermənistanda Serj Sərkisyanın baş nazir postunu tutmasına qarşı güclü xalq etirazlarını başlatmış deputat Nikol Paşinyan İrəvanda təcridxanadan buraxılıb.

Serj Sarkisyan istefaya gedib - YENİLƏNİB

23 Aprel 2018 17:10

Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya gedib.