Dünya
Türkiyədəki zəlzələdə 13 nəfər yaralandı
Səhər saatlarında Türkiyənin şərqində baş verən zəlzələ nəticəsində 13 nəfər xəsarət alıb. Onların vəziyyəti normal qiymətləndirilir.
Qadın intim videosunu yayan musiqiçi sevgilisini kişilikdən məhrum etdi
Argentinada qəribə hadisə baş verib. 26 yaşlı qadın memar Brenda Barattini rok musiqiçisi sevgilisi, 40 yaşlı Sergio Fernandezi kişilikdən məhrum etdiyinə görə saxlanılıb. Kordoba şəhərində baş verən hadisənin səbəbi isə Sergionun Brenda ilə birlikdə çəkdikləri intim videolarını dostlarına göndərməsi olub. Qadın sevgilisinin cinsiyyət orqanını üzüm qayçısı ilə kəsib. O, 15 il müddətinə azadlıqdan məhrum ediləcək.
Paşinyan Ermənistanın hakim partiyasına yeni ultimatum verib
Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm. Bunu müxalif "Addım" Hərəkatının sədri, "məxməri inqilab"ın lideri Nikol Paşinyan bildirib.
Türkiyənin ən çox “Arvaddan qorxan” kişisi Burak Özçivit oldu
Türkiyənin məşhur "Kizlar Soruyor" sorğu saytı “Tanınmış kişilərindən hansı “hanım köylüdür (arvaddan çəkinən və ya qorxan)” sualı ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin çoxu Burak Özçivitin adını qeyd edib. Aktyor 56 faiz səs çoxluğu ilə xanımından çəkinən kişi ulduz seçilib.
Qardaş ölkədə güclü zəlzələ: xəsarət alanlar var
BMT-dən QARABAĞ BƏYANATI
BMT-nin Baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasının qarşısını almağa çağırıb. Bbu barədə A.Quterrişin bəyanatında deyilir.
Yeni şahzadə doğuldu: Keyt 3-cü dəfə ana oldu
Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middlton üçüncü dəfə valideyn olublar. Cütlüyün oğlu dünyaya gəlib. 4 kiloqrama yaxın (3 kiloqram 827 qram) çəkisi olan körpə bu gün səhər saatlarında doğulub. Məlumatı Kensinqton sarayından da təsdiqləyiblər: “Şahzadə ilə yeni doğulan körpəsi özünü yaxşı hiss edir. Kral ailə üzvləri çox xoşbəxtdir”.
Erməni deputatlar NATO-nun seminarını tərk etdi
Ermənistan parlamentinin deputatları NATO PA-nın Batumidə keçirilən “Rouz-Rout” seminarını tərk edərək İrəvana qayıdıblar. Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı Azərtac-a bildirib. "Erməni deputatların seminarı tərk etməsinə Ermənistanda baş verən son hadisələr, xüsusən də baş nazir Serj Sərkisyanın istefası səbəb olub. Həmin deputatlar Serj Sarkisyanın partiyasını təmsil edirdilər. Ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu, Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”, - deyə M.İbrahimqızı vurğulayıb.
Hərbi yük maşını aşdı- 4 nəfər öldü
Pakistanda yol qəzası nəticəsində sərhəd korpusunun ən azı 4 hərbçisi ölüb, 51-i yaralanıb. Hərbçiləri daşıyan yük maşını Bəlucistan əyalətinin Koxlu şəhəri yaxınlığında aşıb.
Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək
Türkiyə Gürcüstandakı Marneuli hərbi aerodromunun modernləşdirilməsində iştirak edəcək. Bu məqsədlə Türkiyə hökuməti Gürcüstana 5,5 mln. türk lirəsi (1,3 mln. dollar) ayırıb. Vəsaitin bir hissəsi aerodromun yenilənməsi, digər hissəsi və əvvəlki illərdə istifadə olunmamış 3,88 mln. dolları isə hərbi mühəndis məktəbinin yaradılmasına yönəldiləcək.
Kanadada furqonu piyadaların üzərinə sürən şəxs Ermənistan vətəndaşıdır
Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib. Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib.
Afrində uşaq xəstəxanası açıldı
Türkyə Suriyanın Afrin rayonunda uşaq xəstəxanası açıb. Qeyd olunur ki, xəstəxana Afrinin Candaris bölgəsində işə başlayıb. Bundan başqa, terrorçulardan azad edilmiş digər bölgələrdə də səyyar uşaq xəstəxanaları fəaliyyət göstərəcək.














