Dünya
Ermənistanda ikinci “24 aprel” kabusu – vətəndaş müharibəsi başlayırmı...
İrəvanda etirazların 10-cu günü Serj Sərkisyan müxalifət liderinin ayağına getdi və... istefa tələbini rədd etdi, narazı xalqı gülləboranla hədələdi; müxalifət lideri, onlarla nümayişçi saxlandı...
ABŞ və Aİ-dən İrəvana: Dərhal azad edin!
ABŞ və Avropa İttifaqı müxalifətin etiraz aksiyalarının keçirildiyi Ermənistanı təmkinli olmağa və vətəndaşların dinc etiraz hüququna hörmətlə yanaşmağa çağırıb. ABŞ diplomatları polis əməkdaşlarına və nümayişçilərə qarşı zorakılıq aktlarına yol verən şəxslərin qanuna uyğun şəkildə məsuliyyətə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Sarkisyanın Qarabağla bağlı ŞOK PLANI - Erməni şərhçi HƏR ŞEYİ AÇDI
Ermənistan daxilində xalqın etirazının qarşısını ala bilməyən və ölkəyə nəzarəti itirən baş nazir Serj Sarkisyan Qarabağda yeni cəbhə açır. Erməni siyasi şərhçi Ermənistanın Azərbaycan Ordusu haqqında yaydığı videonu şərh edərək, bunun cəmiyyətin diqqətini yayındırmağa hesablanmış addım olduğunu yazıb. “Ermənistan rəhbərliyi bu cür informasiya ilə əhalinin diqqətini yayındırır. Hərçənd, Sarkisyanın nəzarətdən çıxan vəziyyəti ələ almaq üçün Qarabağda yeni cəbhə aça bilər”, - deyə o qeyd edib.
Sarkisyan ağ bayraq QALDIRDI - Moskvanın adamından BƏYANAT
Ermənistan baş nazirinin müavini Karen Karapetyan “Yelk” müxalifət blokundan Ermənistanın parlamentinin üç deputatının deputat toxunulmazlığının ləğv edilməsi haqqında xahişi geri çağırmaq üçün Baş prokurorluğa müraciət edib.
Gürcüstanda “Rouz-Rout” seminarı keçirilir
Aprelin 23-dən 25-dək Gürcüstanın Batumi şəhərində NATO Parlament Assambleyasının 97-ci seminarı keçiriləcək. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər. Seminarda Yeni geosiyasi şəraitdə Gürcüstan və Qara dəniz regionu, Qara dəniz bölgəsində təhlükəsizlik və avro-atlantik inteqrasiya, Rusiyanın inkişaf strategiyasının Cənubi Qafqazda və daha geniş Qara dəniz bölgəsində təhlükəsizlik vəziyyətinə təsiri, Gürcüstandakı islahatlar və demokratiya, Gürcüstanın vətəndaş cəmiyyətində dəyərlər və dayanıqlılıq, Parlament demokratiyasına keçid və digər regional məsələlər barədə məruzələr dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq. Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Məkkədə qəza: 4 zəvvar diri-diri yandı
Səudiyyə Ərəbistanının Məkkə şəhərində avtobusun benzin daşıyan yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həlak olub. Həlak olanların 4 nəfəri Britaniya vətəndaşları olan müsəlmanlardır.
Sarkisyanın iki yolu, biri eniş, biri yoxuş...- Politoloq şərhi
"Serj Sarkisyanın 2 yolu qalır: 1. Fövqəladə vəziyyət elan edib, ordunu hərbi texnika ilə bərabər küçələrə çıxararaq vəziyyəti nəzarətə götürmək; 2. İstefa verib, erkən seçki qərarı almaq".
Hadisənin fotoşop fırıldağı üzə çıxdı- FOTO
"Coachella" festivalı zamanı çəkdirdiyi şəkilləri izləyiciləri ilə paylaşan müğənni Hadisə hər kəsi aldadırmış. Ötən gün Maltəpədə konsert verən ifaçı yaxından şəkillərinin çəkilməsini istəməyib. Buna səbəb isə Hadisənin artıq çəkiləri olub. Belə ki, "Coachella" zamanı lentə alınmış fotolarında olduqca arıq görünən müğənni bunu fotoşopla edibmiş.
102 amerikalı konqresmen erməniləri dəstəklədilər
102 amerikalı konqresmen, o cümlədən ABŞ Konqresinin xarici əlaqələr və kəşfiyyat komitələrinin sədrləri ABŞ prezidenti Donald Trampa müraciət edərək onun qondarma "erməni soyqırımı"nı rəsmən tanımasını istəyiblər.
Yerevan Dövlət Universitetinin tələbələri kütləvi etiraz aksiyalarına başlayıblar
Yerevan Dövlət Universitetinin tələbələri bu gün səhər kütləvi etiraz aksiyasına başlayıblar. Məlumata görə, onlar səhər saatlarında universitetin əsas binasının qarşısına toplaşıblar. Tələblər müəllimlərin də aksiyaya qoşulmasına çağırış ediblər. Sonra tələbələr yürüşə başlayıb.
Sarkisyan məsuliyyətə cəlb olunacaq - Sakunts
Əgər həbs edilən etirazçı liderlər hansısa cinayət törətsəydilər, Sərkisyan bu gün onlarla danışıqlara getməzdi, çoxdan onları həbs etdirərdi.
ABŞ-da qasırğa həyatı iflic etdi, 5 nəfər yaralandı
ABŞ-ın Alabama ştatında qasırğa nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti daha ağırdır.
Dayanacaqda əxlaqsızlıq edən 41 yaşlı qadın tutuldu
İctimai yerlərdə əxlaqsızlıq edənlərin sayı artmaqdadır. Bu dəfə də belə bir hadisə İngiltərədə, Nottinqhem qraflığındakı dayanacaqda baş verib.














