Ermənistanda hərbi hissələr boşaldıldı: hərbçilər mövqelərini ATIB QAÇIR - ANBAAN VİDEO
23 Aprel 2018 15:02 DünyaErmənistanda Serj Sarkisyana qarşı etiraz aksiyalarına qoşulan hərbiçilər kütləvi şəkildə hərbi hissələri tərk edir.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda hərbiçilərin hərbi hissədən qaçaraq çıxdığı və küçə yürüşlərinə qoşulduğu aydın görünür.
Ermənistanın Müdafiə Nazirliyi hərbçilərin etiraz aksiyalarına qoşulması ilə bağlı bəyanat verib. Nazirlik hərbçilərə qarşı sərt tədbirlərin görüləcəyini bəyan edib.
Qeyd edək ki, İrəvanda 11 gündür davam edən aksiyaya bu gün minlərlə hərbiçi qoşulub. Sarkisyanın hər an istefa verə biləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31