Dünya

Rusiya İranı qurban verdi: Layihələr dayandırıldı

13 Dekabr 2018 14:26

“Rosneft” İran Milli Neft Şirkətiylə birgə layihələrdən imtina edib. Bu məlumatı “Vedemosti” qəzeti yayıb. Məlumata görə, layihələr 2018-ci ilin yayında ABŞ sanksiyaları ilə əlaqədar dayandırılıb.

İnterpol hind milyarderi axtarışa verdi

13 Dekabr 2018 14:16

İnterpol hind milyarder Mexul Çoksinin həbsinə dair qırmızı bülleten verib. O, Hindistanın Pəncab Milli Bankından 2 milyard dollar pulu mənimsəməkdə ittiham edilib. Çoksi ilə bərabər onun qohumu Nirav Modi də beynəlxalq axtarışa verilib.

ABŞ Senatından Ər-Riyada şok: Vəliəhd dəyişməlidir

13 Dekabr 2018 14:13

O şəxs o qədər zəhərli, o qədər ləkəli, o qədər qüsurlu bir insandır ki, orada dəyişiklik olmadan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyəcəyəm.

Gürcü müxalifəti parçalandı: Bakradze yenə getdi...

13 Dekabr 2018 14:05

Avropa Gürcüstanı Partiyası Salome Zurabişvilinin inauqurasiyası günü – 16 dekabrda müxalifətin təşkil etdiyi etiraz aksiyasına qatılmaqdan imtina edib. Bunu jurnalistlərə açıqlamasında partiyanın deputatı Giqa Bokeriya deyib.

“Huawei” şirkəti Yaponiyaya göndərdiyi sifarişləri dayandırıb

13 Dekabr 2018 14:00

Çinin “Huawei Technologies” şirkəti tədarükçüsü olan Yaponiyanın “Yaskawa Electric Corp”a göndərdiyi sifarişləri dayandırıb. Bunu “Bloomberg”ə müsahibəsində “Yaskawa”nın prezidenti Hirosi Oqasavara deyib. Həmin qərar “Huawei”nin maliyyə direktorunun Kanadada qəfil həbsindən və Yaponiyada şirkətin məhsullarının dövlət satınalmaları proqramından çıxarılmasından sonra verilib.

Rusiya Slovakiyanın hərbi attaşesini “arzuolunmaz şəxs” elan edib

13 Dekabr 2018 13:33

"Rusiya Slovakiyanın hərbi attaşesini “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Fransa hökuməti təşkilatçılara etiraz yürüşünü keçirməməyi məsləhət görüb

13 Dekabr 2018 13:30

“Şənbə günü yürüşün keçirilməsini məqbul saymırıq”. Bunu Fransa hökumətinin sözçüsü Benjamin Qrivo bildirib.