İspaniyadan Kataloniyada separatizmə sərt reaksiya

İspaniya Kataloniyanın növbəti müstəqillik referendumu keçirməsinə izn verməyəcək.

Bunu İspaniya parlamentində çıxışı zamanı Baş nazir Pedro Sançes deyib.

"Referendum cəmiyyətin iki barışmaz düşərgəyə bölünməsinə xidmət edir. Kataloniyadakı separatçılar İspaniyadan ayrılmaq istəməyən insanlar haqqında düşünməlidirlər. Kataloniya üçün yeganə yol reformlar vasitəsilə özünü idarəetmənin yaxşılaşdırılmasıdır. Mən Kataloniyada Konstitusiyanın pozulmasını qəbul etməyəcəyəm", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31