Fransa hökuməti təşkilatçılara etiraz yürüşünü keçirməməyi məsləhət görüb
“Şənbə günü yürüşün keçirilməsini məqbul saymırıq”. Bunu Fransa hökumətinin sözçüsü Benjamin Qrivo bildirib.
13 Dekabr 2018 13:30 Dünya"Şənbə günü yürüşün keçirilməsini məqbul saymırıq".
Bunu Fransa hökumətinin sözçüsü Benjamin Qrivo bildirib.
"Qəzəb ifadə edilib, eşidilib. Ona görə də yürüşü keçirməyi məqbul saymırıq", - o vurğulayıb.
B.Qrivo deyib ki, Fransa hakimiyyəti şənbə gününə nəzərdə tutulan yürüşün qadağan olunması ilə bağlı qərar qəbul etməyib: "Hazırkı şəraitdə yürüşlərin keçirilməsini məqbul saymırıq. Asayiş keşikçilərinin böyük bir hissəsinin son istirahət günləri, o cümlədən Strasburqdakı hadisə ilə bağlı işləri daha çox olub".
"Sarı jiletlilər" dekabrın 15-də etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Xatırladaq ki, noyabrın 17-dən Fransada avtomobil yanacağının qiymətininbahalaşacağına etiraz aksiyaları keçirilir.
report