Rusiya İranı qurban verdi: Layihələr dayandırıldı

“Rosneft” İran Milli Neft Şirkətiylə birgə layihələrdən imtina edib. Bu məlumatı “Vedemosti” qəzeti yayıb. Məlumata görə, layihələr 2018-ci ilin yayında ABŞ sanksiyaları ilə əlaqədar dayandırılıb.

"Rosneft" İran Milli Neft Şirkətiylə birgə layihələrdən imtina edib.

Bu məlumatı "Vedemosti" qəzeti yayıb. Məlumata görə, layihələr 2018-ci ilin yayında ABŞ sanksiyaları ilə əlaqədar dayandırılıb.

Qəzetin başqa bir mənbəsi isə layihələrə "Rosneft"in öz strategiyasını dəyişdirib, daha çox ölkə daxili layihələrə diqqət ayırdığı üçün son qoyulduğunu bildirib.

Qeyd edək ki, ABŞ İranın neft layihələrinə noyabr ayından sanksiyalar tətbiq etməyə başlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31