Robotlar 280 milyon qadını işsiz qoyacaq
13 Dekabr 2018 14:18 DünyaRobotlaşdırma və süni intellektdən istifadə dünyada qadınlar üçün nəzərdə tutulan iş yerlərinin 11%-nin itirilməsinə səbəb olacaq.
Bu iddia ilə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqarda çıxış edib.
"Bu proses kişilərdən daha çox qadınlara təsir edəcək. Bəzi peşələr yox olacaq. Daha dəqiq desək, qadınlar üçün 280 milyon iş yeri bağlanacaq. Robotlaşdırma prosesi həmçinin kişilərin 7%-nin işini itirməsiylə nəticələnəcək. İnkişafda olan ölkələrdə qadınlar daha çox monoton, hərəkətləri təkrar etməyi tələb edən işlər görürlər. Buna görə də onları robotların əvəz etməsi asanlaşır", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31