Dünya

Türkiyədə 5 yaşlı uşaq 19 saatdan sonra çökən binanın dağıntıları altından sağ çıxarılıb

7 Fevral 2019 14:35

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib. Bu barədə İstanbul valiliyindən bildirilib. Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb. Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas ediblər.

Minskdən ABŞ-a şok təklif: NATO Belarusa gəlir?

7 Fevral 2019 13:45

Belarus Xarici İşlər Nazirliyi NATO-ya ölkədə təlim keçirməyi, eləcə də burada ABŞ mütəxəssislərinin yerləşdirilməsini təklif edib. Bu məlumatı “Lenta.ru” saytı yayıb. Məlumata görə, Lukaşenko artıq Rusiyadan yorulub və ABŞ-ın simasında yeni dostlar axtarır: “Rusiya-Belarus münasibətləri son zamanlar normal qaydada deyil. Bir müddət əvvəl Vladimir Putinin iki ölkənin inteqrasiyanı dərinləşdirmək təklifi Minskdə böyük narahatlıqla qəbul olunub. Nəticədə Belarus dövləti sərhədlərinin gücləndirilməsi və yeni xarici siyasət perspektivlərinin axtarışları ilə məşğul olmağa başladı”.

Rusiya İrəvanla əlaqələri Sərkisyanla müzakirə etdi

7 Fevral 2019 12:29

Serj Sərkisyanın rəhbəri olduğu Ermənistanın Respublikaçılar Partiyasının nümayəndələri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüblər.

Türk ölkəsi ikinci rus bazasından imtina etdi

7 Fevral 2019 12:26

Qırğızıstan ölkənin cənubunda ikinci Rusiya bazasının açılması məsələsini nəzərdən keçirmir. Bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Dəmir Saqınbayev deyib. Onun sözlərinə görə, məsələyə nə Təhlükəsizlik Şurası, nə də Prezident səviyyəsində baxılır.

Hizbullahın Venesuelada hücrələri var - Pompeo açıqladı

7 Fevral 2019 12:17

İran Hizbullahın Venesueladakı təsirindən istifadə edir. Bunu “Foks Biznes”ə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “İnsanlar bilmir ki, Hizbullahın aktiv hücrələri var. İranlılar Venesuela xalqına təsir göstərir. Mən bu məsələni gələn həftə Polşada baş tutacaq Yaxın Şərq konfransında qaldıracağam”, – deyə o bildirib.