İsrail ordusu daha 8 fələstinlini saxladı

İsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 8 fələstinlini saxlayıb.

Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq  Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.

Fələstinlilərin sorğulanmaq üzrə bölgədəki nəzarət mərkəzinə sövq edildiyi ifadə edilib.

Qeyd edək ki, Fələstin rəsmi qaynaqlarında yer alan məlumatlara görə, İsrail həbsxanalarında 430 inzibati məhbus, 270-dən çox uşaq olmaqla təxminən 6 min fələstinli məhbus var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31