Türk ölkəsi ikinci rus bazasından imtina etdi

Qırğızıstan ölkənin cənubunda ikinci Rusiya bazasının açılması məsələsini nəzərdən keçirmir. Bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Dəmir Saqınbayev deyib. Onun sözlərinə görə, məsələyə nə Təhlükəsizlik Şurası, nə də Prezident səviyyəsində baxılır.

Qırğızıstan ölkənin cənubunda ikinci Rusiya bazasının açılması məsələsini nəzərdən keçirmir.

Bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Dəmir Saqınbayev deyib. Onun sözlərinə görə, məsələyə nə Təhlükəsizlik Şurası, nə də Prezident səviyyəsində baxılır.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qırğızıstanda ikinci Rusiya aviabazasının açıla biləcəyini istisna etməmişdi.

Rusiyanın hazırda Qırğızıstanda Kant aviabazası var.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31