Türkiyədə 5 yaşlı uşaq 19 saatdan sonra çökən binanın dağıntıları altından sağ çıxarılıb

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib. Bu barədə İstanbul valiliyindən bildirilib. Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb. Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas ediblər.

İstanbulda 8 mərtəbəli binanın çökməsi nəticəsində 3 nəfər ölüb, dağıntılar altından 13 nəfər yaralı halda xilas edilib.

Bu barədə İstanbul valiliyindən bildirilib. 

Dağıntılar altından çıxarılan 3 nəfərin vəziyyəti ağırdır. Ölən və yaralıların adları açıqlanmayıb. 

Xilasedicilər 19 saatdan sonra 5 yaşlı Havva Tekgöz adlı qız xilas ediblər.

Ətraf mühit və şəhərsalma naziri Murat Kurumun sözlərinə görə, hələ də dağıntılar altında qalanlar var. Onların səslərini eşitmək mümkündür.

Hadisədən sonra ətrafdakı 7 binanın sakinləri də təxliyə ediliblər. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 8 mərtəbəli yaşayış binası çöküb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31