Hizbullahın Venesuelada hücrələri var - Pompeo açıqladı
İran Hizbullahın Venesueladakı təsirindən istifadə edir. Bunu “Foks Biznes”ə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. “İnsanlar bilmir ki, Hizbullahın aktiv hücrələri var. İranlılar Venesuela xalqına təsir göstərir. Mən bu məsələni gələn həftə Polşada baş tutacaq Yaxın Şərq konfransında qaldıracağam”, – deyə o bildirib.
7 Fevral 2019 12:17 Dünyaİran Hizbullahın Venesueladakı təsirindən istifadə edir.
Bunu "Foks Biznes"ə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"İnsanlar bilmir ki, Hizbullahın aktiv hücrələri var. İranlılar Venesuela xalqına təsir göstərir. Mən bu məsələni gələn həftə Polşada baş tutacaq Yaxın Şərq konfransında qaldıracağam", - deyə o bildirib.
Baş katib Venesuelada hakimiyyət dəyişikliyindən sonra Karakasın Kuba və Rusiyadan asılılığının yoxa çıxacağını da qeyd edib:
"Ruslar, kubalılar artıq oradadır. Biz çox ümid edirik ki, yekun hədəfimiz olan dinc yolla hakimiyyət dəyişikliyi baş verəndə Venesuela xalqı kubalı və ruslara sığınmaq yerinə suveren və müstəqil olmağı seçəcək. Suverenlik Venesuelanın təhlükəsizliyi və rifahı üçündür".