Dünya
Trampla Kim Çen Inın sammitini 2600-ə yaxın jurnalist işıqlandıracaq
Çin, Rusiya və Hindistan XİN başçılarının görüşü gözlənilir
Orxan Camalı öldürən killerləri Ukraynaya nə bağlayır?
Orxan Camal və iki rusiyalı jurnalisti Mərkəzi Afrika Respublikasında qətlə yetirən şəxslər bu ölkəyə Donbasdan gəliblər. Bunu RTVİ-ya müsahibəsində rusiyalı jurnalist Pyotr Verzilov deyib. “Rusiyalı jurnalistlərə qarşı əməliyyatı həyata keçirənlər Donbasdan Mərkəzi Afrika Respublikasına gəlib və geri uçublar. Bu qətlin arxasında Priqojinə məxsus strukturlar dayana bilər. Biz bu araşdırmanı dayandırmaq fikrində deyilik”, – deyə o bildirib.
İsrail Rusiyanın Türkiyəyə də satdığı müdafiə sistemlərini məhv etdi - Moskvadan ŞOK CAVAB
İsrail istehsalı olan kamikadze tipli "Mini Harpy" pilotsuz uçuş aparatı Rusiya istehsalı olan S-300 və S-400 havadan müdafiə sistemlərinin 96L6E yüksək hündürlüklü radarlarını dəf edib. Bu situasiya Hindistanda təşkil edilən hərbi sərgidəki yayımlanan bir reklamda verilib. Bu reklamdan sonra Rusiyadan dərhal cavab atəşi gəlib. Mərkəzi Moskvada yerləşən Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko məsələ haqqında açıqlama verib.
Pentaqon məxfi plan hazırladı: Rusiya məhv ediləcək
ABŞ Müdafiə Nazirliyi Rusiya və Çinə qarşı hərbi fəaliyyətlərin aparılması üçün yeni strategiya hazırlayır. Yeni strategiyanın özəlliyi düşmənin ərazisinə gizli müdaxiləni nəzərdə tutur. Bunu Brukinq Tədqiqatlar İnstitutunda çıxışı zamanı ABŞ Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Devid Qoldfayn deyib. Onun sözlərinə görə, yeni strategiyanın hazırlanması Rusiya və Çin tərəfindən yaranan təhdidlərə cavab olaraq başladılıb.
Misir fironu Tutanxamonun mumiyası Londonda sərgilənəcək
Misir fironu Tutanxamonun mumiyası və 150 eksponat Londonda Saatchi Qalereyasında sərgilənəcək. Sərginin keçirilmə səbəbi fironun məzarının kəşf edilməsinin 100 illiyi ilə əlaqədardır.
Məşhur müğənninin eks əri yenidən həbs olundu - FOTO
Türkiyəli müğənni Işın Karacanın eks-əri və rejissor Sedat Doğan yenidən həbs olunub. Fırıldaqçılığa görə Türkiyədən qaçan Sedat Braziliya yaşamağa başlayıb.
Türkiyədə daha bir zəlzələ
Türkiyənin Egey bölgəsində zəlzələ olub. Zəlzələnin maqnitudası 3,7 bal gücündə qeydə alınıb. Bu barədə Kandilli Rəsədxanasından məlumat verilib. Xəbərə görə, zəlzələ yerli vaxtla 08:12–də Egey dənizində baş verib.
Tramp yenə sözündə dura bilmədi: 200 əsgəri Türkiyəyə...
ABŞ hərbi qüvvələrini Suriyadan tamamilə geri çəkməyəcək. Pentaqon 200 əsgəri bölgədə sülhü qorumaq məqsədilə saxlayacaq. Bu barədə Ağ Ev informasiya yayıb. Ağ Evin mətbuat katibi Sarah Sanders ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefon danışığından sonra ABŞ-ın Suriyadan geri çəkilməsi ilə bağlı açıqlama verib.Məsələ ilə bağlı başqa detalı açıqlamayan Sandersin bu açıqlamanı Ərdoğan-Tramp görüşündən dərhal sonra etməsi diqqət çəkib.














.jpg)