Dünya

Dağa çıxmaq istəyən alpinistlər itkin düşdü​​​​​

6 Mart 2019 11:09

Himalay dağına dırmanmaq istəyən alpinistlər Daniele Nardin və Tom Ballard itkin düşüblər.Hündürlüyünə görə dünyanın 9-cu ən böyük zirvəsinə qalxmağa çalışan idmançılarla sonuncu dəfə bir həftə əvvəl əlaqə yaratmaq mümkün olub. Əlverişsiz hava şəraitinə baxmayaraq, alpinistlərin axtarışı davam etdirilir.

Gülnarə Kərimova həbs olundu

6 Mart 2019 10:59

Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub. G.Kərimova Daşkənddə ümumi rejimli cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Onun barəsində seçilmiş ev dustaqlığı cəzası həbslə əvəzlənib.

Mark Zukerberqin ünvanını əlindən aldı - 21 yaşında dünyanın ən gənc... - FOTO

6 Mart 2019 10:35

Amerikada fəaliyyət göstərən kosmetika firmasının sahibi, 21 yaşlı model Kayli Cenner “dünyanın ən gənc milyarderi” ünvanının sahibi olub. Bu barədə “Forbes” jurnalı informasiya yayıb.

“PlayStation Vita” oyun qurğusunun istehsalı dayandırılır

6 Mart 2019 10:34

Yaponiyanın “Sony” şirkəti yaxın vaxtlarda “PlayStation Vita” portativ konsolunun ticarət şəbəkələrinə tədarükünün dayandırılacağını rəsmən bəyan edib.   Şirkət oyun qurğusunun tezliklə Yaponiyada istehsalının dayandırılması ilə bağlı əvvəllər yayılan informasiyanı da təsdiq edib. Dəqiq müddət açıqlanmasa da, şirkət tərəfindən “PlayStation 3” ilə bağlı oxşar bəyanatın konsolun istehsalının faktiki dayandırılmasından iki ay əvvəl verilməsini xatırlamaq olar.