"Məni hissələrə bölüb anama yollayacaqlarını dedilər” - Rus qızının acı hekayəti

21 yaşında qaçırılan qız illər sonra başına gələnləri danışıb.

1994-cü ilin oktyabr ayında quldur dəstəsi tərəfindən qaçırılan Yelena Nikitina 8 ay boyunca necə intihar planları qurduğundan söz açıb.

Onun dediklərinə görə, 21 yaşında olan zaman sevgilisi ilə birlikdə əyləncə məkanlarından birinə gedib. Məkanda sevgilisi ilə mübahisə edən Yelena çölə çıxıb, evinə qayıdanda isə quldur dəstəsi tərəfindən qaçırılıb.

Yelenanın qaçırılmağının səbəbi isə onun bankda işləyən anasının hansısa saxta sənədi məhv etməsi olub. Həmin dəstə Yelenanı qaçırdıqdan sonra onun anasına zəng edərək 300 milyon rubl pul tələb ediblər.

Rusiyanın Həştərxan şəhərində yaşayan gənc qızı qaçıraraq Çeçenistana gətiriblər.

O, bu günlər haqqında belə yazıb:

"Çox ağır günlər idi. Məni müharibənin ortasına gətirib atmışdılar. Hər gün silah, bomba səsləri eşidirdim. Anamın o pulu gətirə bilməyəcəyini bilirdim. Mənə demişdilər ki, əgər o pul gəlməsə, səni hissələrə bölüb poçtla anana yollayacağıq".

Yelena Nikitina evdən qaçaraq əsirlikdən xilas olub. Hazırda 46 yaşı olan qadın ABŞ-da yaşayır. O, başına gələn bu faciədən kitab yazıb.

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31