Pezeşkian Makronla danışdı: "Avropa ABŞ-ni beynəlxalq normalara qaytara bilər" – ÖZƏL
14:08 DünyaOlaylar.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Avropanın İran böhranının həllində konstruktiv rol oynaya biləcəyini bəyan edib. Pezeşkianın sözlərinə görə, Tehran danışıqları yalnız beynəlxalq normalar çərçivəsində davam etdirməyə hazırdır və Avropa İttifaqı Vaşinqtonu bu qaydalara əməl etməyə sövq etməlidir.
İran lideri vurğulayıb ki, ekspertlər səviyyəsində müəyyən razılaşmalar olsa da, ABŞ administrasiyasının "həddindən artıq tələbləri" və siyasi iradəsizliyi yekun sazişin imzalanmasına mane olur.
Xatırladaq ki, aprelin 11-də İslamabadda vitse-prezident Cey Di Vens və parlament spikeri Məhəmməd Baqer Qalibaf arasında keçirilən yüksək səviyyəli görüşlər ciddi ziddiyyətlər səbəbindən nəticəsiz qalıb. Danışıqların qeyri-müəyyənliyi fonunda Ağ Evin aprelin 13-dən İrana qarşı dəniz blokadası elan etməsi regionda gərginliyi daha da artırıb.