Avropa İttifaqı rəhbərliyi Kiyevdə: "Ukraynanın şərtləri ilə sülh bərqərar olanadək geri çəkilməyəcəyik" – ÖZƏL

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının yeni sədri Antoniu Koşta Ukrayna paytaxtına rəsmi səfər ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə yüksək rütbəli rəsmilər öz sosial media hesablarında məlumat paylaşıblar.

Ursula fon der Leyen "X" (keçmiş Twitter) hesabında etdiyi paylaşımda Avropanın Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb: "Müharibə başlayandan bəri onuncu dəfə Kiyevdəyəm. Məqsədimiz Avropanın Ukraynanı maliyyə, hərbi baxımdan və bu sərt qış boyunca sarsılmaz şəkildə dəstəklədiyini bir daha təsdiqləməkdir."

Avrokomissiya rəhbəri qeyd edib ki, bu səfər həm Ukrayna xalqına, həm də təcavüzkara aydın bir siqnaldır: "Sülh bərqərar olunana qədər geri çəkilməyəcəyik."
Fon der Leyen xüsusi olaraq vurğulayıb ki, söhbət məhz "Ukraynanın şərtləri daxilində sülhdən" gedir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa həmçinin Avropa İttifaqı Şurasının sədri Antoniu Koştanın da Kiyevə gəldiyini təsdiqləyib. Bu, Koştanın vəzifəsinin icrasına başladığı ilk günlərdə Ukraynaya etdiyi mühüm səfər kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31