İran eskalasiya olarsa, ABŞ-a əvvəlkindən daha sərt cavab verə bilər- ÖZƏL
12:23 Dünyaİran mümkün eskalasiya halında ABŞ-a 2025-ci ilin iyununda baş vermiş hadisələrdən daha ciddi hərbi cavab verə bilər.
Olaylar.az xəbər verir ki, bu fikri Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun baş elmi əməkdaşı Behnam Ben Taleblu Stars and Stripes qəzetinə müsahibəsində səsləndirib.
Ekspert bildirib ki, Tehran əvvəlki kimi təmkinli davranmayacaq: "İran əvvəlkindən xeyli az məhdudiyyətlə hərəkət edəcək və daha sərt mübarizə aparacaq".
Nəşr xatırladır ki, ötən ilin yayında ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehran Yaxın Şərqdəki ən böyük Amerika hərbi bazası-Qətərdə yerləşən Əl-Udeyd Hərbi Hava Bazasını hədəfə almışdı. Həmin vaxt İranın addımlarını son dərəcə təmkinli şəkildə atdığı, hətta planları barədə əvvəlcədən Vaşinqtonu məlumatlandırdığı bildirilirdi. Hücum nəticəsində bazada əsasən kommunikasiya avadanlıqlarına ziyan dəymişdi.