Qrossinin addımlarının İran-ABŞ danışıqlarına mənfi təsiri – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tehran və Vaşinqton arasında danışıqlar davam etsə də, regionda hərbi hazırlıqlar və qarşılıqlı hədələr gərginliyi artırır. ABŞ regiona ağır hərbi texnika yeridir, İran isə istənilən təcavüzə regional miqyasda sərt cavab verəcəyini bəyan edib. Buna baxmayaraq, tərəflər hələ də diplomatik həllə ümid bəsləyirlər.

Tehran Qərbin nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldırmağa hazır olsa da, Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossinin mövqeyini qərəzli hesab edir. İran tərəfi qorxur ki, müfəttişlərin topladığı məlumatlar ABŞ və ya İsrail tərəfindən hərbi məqsədlər üçün sui-istifadə edilə bilər.
Qrossinin balanssız hesabatlarına və son hücumlara qarşı susqunluğuna cavab olaraq, İran Parlamenti Agentliklə əməkdaşlığı məhdudlaşdıran qətnamə qəbul edib.

Nüvə böhranının həlli MAQATE-nin peşəkar bitərəfliyindən və ABŞ-nin siyasi iradəsindən asılıdır. Rafael Qrossinin hazırkı yanaşması diplomatiyanı gücləndirmək əvəzinə, hərbi eskalasiyaya zəmin yarada bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31