Ekspert Napolitano: Ukraynanın NATO-ya mümkün qəbulu məsələsi artıq bağlanıb- ÖZƏL

ABŞ-li analitik və bloqer Andrev Napolitano hesab edir ki, Ukraynanın NATO-a mümkün üzvlüyü məsələsi Vaşinqton üçün artıq gündəmdən çıxıb.
Olaylar.az xəbər verir ki, o, TASS аgеntliyinə müsahibəsində bildirib ki, bu məsələ ABŞ rəhbərliyinin düşüncəsində bağlanıb. "Düşünürəm ki, ABŞ rəhbərliyinin beynində bu məsələ artıq qapanıb. Avropa rəhbərliyi barədə isə bunu deyə bilmərəm. Çünki onlar öz dərslərini çıxarmırlar", - deyə Napolitano vurğulayıb.
Analitik Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdləri ilə bağlı sualı cavablandırarkən Avropanın aparıcı ölkələrinin liderləri barədə də sərt fikirlər səsləndirib. O, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz, İtaliyanın Baş naziri Giorgia Meloni, Fransanın Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula von der Leyenin yaxın perspektivdə vəzifələrini itirəcəyini iddia edib.
Napolitano bildirib ki, bu beşlik arasında yalnız Meloninin postunu qoruyub saxlamaq şansı var. Onun fikrincə, digərləri seçicilərinin etimadını itirdiklərinə görə tezliklə siyasi səhnədən çəkilə bilərlər.
Qeyd edək ki, Andrev Napolitano ABŞ-da mühafizəkar baxışları ilə tanınan "Judging Freedom" podkastının aparıcısıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31