Aİ icraçı biznes təyyarələrinə xərcləri 23% artıracaq- ÖZƏL

Avropa İttifaqı (Aİ) 2029-cu ilə qədər qurum rəhbərliyinin xidməti səfərləri üçün biznes-jetlərə təxminən 16 milyon avro xərcləməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.
Məlumata görə, bu məbləğ əvvəlki dörd illik dövrlə müqayisədə 23% çoxdur. Sənəddə göstərilən xərc 2021-2025-ci illər üçün nəzərdə tutulan büdcədən 3 milyon avro, 2017-2021-ci illərlə müqayisədə isə təxminən 50% artıqdır.
Sifarişçilər sırasında Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Xarici Fəaliyyət Xidməti və Aİ Şurasının Baş Katibliyi yer alır.
Avropa Komissiyası xərclərin artmasını "geniş geosiyasi kontekst və beynəlxalq münasibətlərdə artan qeyri-müəyyənlik" ilə izah edir. Bildirilir ki, bu amillər təcili uçuşlara ehtiyacı artıra bilər. Qurum rəsmisinin sözlərinə görə, Aİ məmurları adətən xidməti səfərlərini müntəzəm kommersiya reysləri ilə həyata keçirirlər. Lakin zərurət yarandıqda, xüsusilə münaqişə zonalarına səfərlər zamanı biznes-jetlərdən istifadə olunur. Xərclərin artmasına səbəb kimi aviasiya sektorunda tariflərin yüksəlməsi də göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31