Qulaqlıq istifadəsi kişilərdə qadın hormonlarını artırır - Xəbərdarlıq

Məşhur brendlərdən olan "Bose", "Panasonic", "Samsung" və "Sennheiser" istehsalı olanlar da daxil olmaqla qulaqlıqlarda insan sağlamlığı üçün təhlükəli kimyəvi maddələr aşkarlanıb.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Araşdırma nəticələri göstərir ki, bu maddələr arasında xərçəng, neyroinkişaf problemləri, hormon pozuntularına səbəb ola bilən bisfenollar, ftalatlar, bromlu və orqanofosfat alov gecikdiriciləri, həmçinin xlorlu parafinlər var. Hormonal pozğunluq yaradan kimyəvi maddələrin kişilərdə qadın hormonlarını artırdığını da qeyd edirlər.

Çexiya, Slovakiya, Macarıstan, Sloveniya və Avstriyada aparılan laboratoriya analizlərinə görə, test edilən hər 81 qulaqlıqdakı BPA-nın 98%-də, BPS isə üçdə ikidən çoxunda aşkar edilib. Ekspertlər bildirir ki, qulaqlıqların dərilə uzun müddətli təması bu kimyəvi maddələrin orqanizmə keçməsini sürətləndirə bilər.

Mütəxəssislər bildirir ki, gündəlik istifadədə, xüsusən idman zamanı tər və istilik bu maddələrin dərimizə miqrasiyasını artırır. Qeyd olunur ki, qulaqlıqlar gündəlik və uzunmüddətli istifadə olunan cihazlar olduğundan, istifadəçilərin sağlamlığı üçün potensial risk daşıyır.

Araşdırma nəticələrindən sonra mövzu ilə bağlı "Bose", "Panasonic", "Samsung" və "Sennheiser" şirkətləri sorğulara cavab verməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31