The Economist: ABŞ və Rusiya Berinq boğazının altından bir tunel çəkməyi müzakirə edirlər - ÖZƏL

Amerika tərəfi Rusiya ilə iri iqtisadi layihələr üzrə danışıqlar aparır. "The Economist"ə verdiyi məlumata görə, bunlara nüvə enerjisi ilə işləyən məlumat mərkəzinin yaradılması və Berinq boğazının altından tunelin tikintisi daxildir.

Olaylar xəbər verir ki, nəşrdə qeyd edildiyi kimi , ABŞ prezidenti Donald Trampın yaxın ətrafı da Rusiyanın enerji aktivlərində pay almaq və Arktikada nadir torpaq metalları, neft və qazla bağlı sövdələşmələr aparmaq imkanlarını müzakirə edir.

Bundan əlavə, bir amerikalı treyder nəşrə bildirib ki, ABŞ biznesləri Rusiya ilə buğda ticarəti etməkdə maraqlıdır.

Jurnalın mənbəsi qeyd edib ki, "Rusiya dünyanın ən böyük buğda ixracatçısıdır... Biz iştirak etmək istərdik".

Daha əvvəl Britaniyanın "The Economist" jurnalı Rusiya Təhlükəsizlik Şurasına  Trampla aktivlərə və resurslara çıxış müqabilində sanksiyaların azaldılmasını nəzərdə tutan genişmiqyaslı razılaşma planı təqdim edildiyini bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31