ABŞ Ukrayna ilə sülh sazişi uğursuz olsa, Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır- ÖZƏL
13:46 DünyaABŞ Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır. Bu, hazırda Ukrayna üçün aparılan sülh sazişi baş tutmasa reallaşa bilər. Olaylar.az xəbər verir ki, Bloomberg agentliyinin mənbələrinə istinadən xəbər verilir ki, yeni məhdudiyyətlər artıq bu həftə açıqlana bilər.
Məlumata görə, Vaşinqton "kölgə" gəmilər və Rusiya neftinin daşınmasında iştirak edən ticarətçilərə qarşı sanksiyalar nəzərdən keçirir. ABŞ Maliyyə naziri Skott Bessent bu məsələni Avropa İttifaqı nümayəndələri ilə müzakirə edib, lakin son qərar ABŞ Prezidenti Donald Trampın səlahiyyətində qalır.
Berlində 14-15 dekabr tarixlərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında konfliktin həlli üzrə görüşlər keçirilib. 14 dekabrda danışıqlar təxminən beş saat, 15 dekabrda isə iki saat davam edib. Həmçinin görüşlərin nəticələri bir sıra Avropa liderləri, Avropa Komissiyasının sədri və NATO baş katibi tərəfindən müzakirə olunub.