Aİ: Gürcüstan vizasız səyahət qaydalarını yerinə yetirmir- ÖZƏL

Avropa İttifaqı Şurası Gürcüstanın vizasız səyahət rejimini qorumaq üçün verilmiş tövsiyələri yerinə yetirmədiyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi məlumat yayıb. Sənəddə qeyd olunur ki, Şura təəssüf hissi ilə Gürcüstanın səkkizinci hesabatdakı tövsiyələri yerinə yetirmədiyini bildirir və hökuməti dərhal vizasız səyahət üçün tələb olunan kriteriyalara əməl etməyə çağırır.
Avropa İttifaqı Gürcüstan hakimiyyətini həmçinin yanlış məlumat yaymaqda ittiham edir və ölkədə müxtəlif cinayətlərdə tutulmuş müxalif siyasətçilər, aktivistlər və jurnalistlərin azad edilməsini tələb edir. Aİ bu şəxsləri əsassız həbs olunmuş hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31