Rusiya Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışır- ÖZƏL

"Məhz Rusiyanın vasitəçiliyi uzun müddət münaqişənin həllinə töhfə vermədi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Həmçinin 2020-ci ildən sonra sülh prosesinin qarşısını almağa çalışdı. Rusiyanın platforma təklif etməsini Azərbaycan və Ermənistan qəbul etməyəcək. Rusiya çalışır ki, Cənubi Qafqazda  mövqeyini gücləndirsin. Bunun üçün təkliflərlə çıxış edir. Məhz Zəngəzur dəhlizinin onun sərhəd qoşunlarının məsuliyyət zonasından keçdiyini bəyan edərək, Moskva ilə razılaşmalı olduqlarını vurğulayıb".

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə açıqlamasında bildirib ki, Rusiyanın Cənubi Qafqazda əsas marağı regionda sülhün və inkişafın təmin olunmasıdır: "Moskva regionda sabitliyin və rifahın qorunmasında maraqlıdır ki, bu da Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa, bölgənin potensialının üzə çıxarılmasına və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə imkan yaradır. Maraqlarımız sarsılmazdır. Əsas məqsədimiz bölgədə sabitlik və rifah zonasının qorunmasıdır. Rusiyanın Cənubi Qafqazda fundamental marağı sülh və inkişafdır, regionun xaosa sürüklənməsinin qarşısının alınmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31