İran kosmosa yeni nəsil biokapsul göndərməyə hazırlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Kosmik Agentliyinin rəhbəri Həsən Salariyyə təkmilləşdirilmiş yeni biokapsulun istehsalının yekunlaşdığını və gələn il sınaq uçuşunun keçiriləcəyini elan edib.

İlk buraxılış suborbital olacaq və məqsəd kapsulun texniki imkanlarını nümayiş etdirməkdir. Təhlükəsizlik məqsədilə ilk mərhələdə kapsulda canlı orqanizm olmayacaq.
Yeni modelin çəkisi optimallaşdırılaraq 700 kiloqrama endirilib. Çəkinin azalmasına baxmayaraq, kapsulun idarəetmə, naviqasiya və həcm səmərəliliyi əvvəlki 500 kiloqramlıq modellə müqayisədə xeyli təkmilləşdirilib.

Həsən Salariyyə bildirib ki, kapsul gələcəkdə kosmosa canlı orqanizmlərin və insanların daşınması üçün nəzərdə tutulub. Əsas tələb eniş zamanı bioloji yüklərin (sürətlənmə və ətraf mühit faktorları) qorunmasıdır.
Yeni kapsulun çəkisi artdığı üçün o, İranın daxili imkanları ilə hazırlanmış daha güclü yeni daşıyıcı raket sistemi vasitəsilə orbitə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31