Braziliya BRICS-də terrorizm və narkotiklə mübarizəni gücləndirməyi dəstəkləyir- ÖZƏL

Braziliya beynəlxalq terrorizmə qarşı mübarizədə BRICS ölkələri arasında əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Olaylar.az xəbər verir ki, bu barədə Braziliya Prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selso Amorim TASS-a verdiyi müsahibədə bildirib.
Amorim vurğulayıb ki, əməkdaşlığın əsas istiqamətlərindən biri informasiya mübadiləsi olmalıdır. Onun sözlərinə görə, bu tərəfdaşlığın institusional əsaslarının formalaşması konkret şəraitdən asılı olacaq.
Bundan əlavə, əməkdaşlığın digər mühüm sahəsi beynəlxalq narkotik ticarəti ilə birgə mübarizədir. "Bu problem qlobal xarakter daşıyır və beynəlxalq münasibətlərə təsir göstərəcək. Bu baxımdan, BRICS ölkələrinin bu istiqamətdə intensiv əməkdaşlığı mümkündür və faydalıdır", - deyə Amorim bildirib.
Qeyd edək ki, apreldə Amorim Braziliya rəhbərliyinin BRICS ölkələrinə ixtisaslaşmış qurumların imkanlarını artırmaq üçün konkret təkliflər təqdim etdiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31