Türkiyədə FETÖ əməliyyatı: 160 nəfər saxlanılıb

Türkiyənin 39 vilayətində hüquq mühafizə və xüsusi xidmət orqanları əməkdaşlarının iştirakı ilə FETÖ terror təşkilatına qarşı geniş-miqyaslı əməliyyatlar keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə DİN rəhbəri Əli Yerlikayanın "X" səhifəsində paylaşım edib.

O qeyd edib ki, 2 həftə ərzində aparılan əməliyyatlarda 160 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin təşkilatın şifrəli rabitə proqramı olan "ByLock"dan istifadə etdikləri, həmçinin taksafon vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxladıqları müəyyən edilib.

Nazir açıqlamasında şübhəlilərin FETÖ-nün xarici işlər, hərbi, təhsil, maliyyə və cari strukturları daxilində fəaliyyət göstərdiklərini vurğulayıb. Eyni zamanda, əməliyyatlar zamanı barələrində həbs qətimkan tədbiri və axtarış qərarı olan şəxslərin də saxlanıldığı bildirilib.

Əməliyyatların Adana, Ankara, Antalya, Aydın, Bartın, Batman, Bilecik, Bursa, Çanaqqala, Çorum, Dənizli, Ədirnə, Ərzurum, Eskişehir, Qaziantep, Gümüşhane, Hatay, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Nevşehir, Ordu, Sakarya, Sinop, Şırnak, Təkirdağ və Tokat vilayətlərində həyata keçirildiyi qeyd olunur. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31