Abbas Əraqçi: "Diplomatiyaya üstünlük veririk, lakin hər cür ssenariyə hazırıq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi "Al Jazeera"ya müsahibəsində regiondakı gərginliklə bağlı mühüm mesajlar verib.

İsrailin hücum təhdidlərini "psixoloji müharibə" adlandıran nazir, bunun ölkədə qorxu və gərginlik yaratmaq məqsədi daşıdığını bildirib.
Müharibə riskinin hər zaman mövcud olduğunu deyən Əraqçi, keçmiş uğursuz hərbi təcrübələrin təkrarlanmasının eyni nəticəni verəcəyini vurğulayıb.

Nazir, İranın problemləri diplomatiya yolu ilə həll etmək istədiyini, lakin silahlı qüvvələrin və xalqın istənilən hücuma qarşı tam hazır olduğunu qeyd edib.
Həmçinin, Qərb ölkələrinin "çoxsaylı tələblərini" tənqid edən nazir, Qəzzadakı hadisələrin qarşı tərəfin "sərhəd tanımayan" mentalitetini göstərdiyini, buna görə də bütün ssenarilərin nəzərə alındığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31