Baydendən Trampa mesaj: “Buna imkan vermə”
10:46 DünyaABŞ-ın keçmiş prezidenti Co Bayden Vaşinqtonu qlobal liderliyi Rusiya və Çinə verməməyə çağırıb.
Olaylar.az xəbər verir ki, "The Hill" qəzeti onun sözlərindən sitat gətirib.
"Əgər biz etməsək, dünyaya kim liderlik edəcək? Rusiya? Çin? Liderliyi biz etməliyik. Bunu ailələrimizə, dünyaya borcluyuq. Düşünürəm ki, bunu edə bilərik", - deyə Bayden bildirib.
Sözügedən çıxış ABŞ Prezidenti Donald Trampa mesaj kimi qiymətləndirilib.
Bundan əvvəl bəlli olmuşdu ki, ABŞ Prezidenti Donald Tramp özünün "baş sülhməramlı rolundan" həzz alır və digər prezidentlərin əldə edə bilmədiyi razılaşmalara vasitəçilik edə biləcəyinə inanır. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31