ABŞ daha 7 ölkənin vətəndaşlarına qapılarını BAĞLADI

Vaşinqton ABŞ-a giriş qadağası tətbiq olunan ölkələrin siyahısını genişləndirib.

Olaylar.az xəbər verir ki, yeni siyahıya Burkina-Faso, Mali, Cənubi Sudan, Niger, Suriya, Laos və Sierra-Leone daxildir.

Qeyd edək ki, son iki ölkə üzrə əvvəllər ABŞ-a qismən giriş qadağası tətbiq olunmuşdu.

Məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.

Sərəncam ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Sənəddə həmçinin əvvəlki qadağaların qüvvədə qaldığı qeyd olunur. Belə ki, ABŞ-a hələ də Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının girişi qadağandır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31