Maduro dünya limanlarındakı işçiləri ABŞ-a etiraz aksiyalarına çağırdı
10:06 DünyaVenesuela prezidenti Nikolas Maduro Venesuela nefti daşıyan tankeri ələ keçirən ABŞ-a qarşı dünya limanlarında etiraz aksiyaları keçirməyi təklif edib.
Olaylar.az xəbər verir ki, Maduro bunu Venesuela işçi sinfinin təsis qurultayında deyib: "Həmkarlar ittifaqları dünyanın bütün limanlarında gəmi sahibləri ilə danışıqlar apararaq ABŞ hökumətinin piratçılığına qarşı neft, qaz və liman işçilərinin kütləvi etirazlarına hazırlaşmalıdırlar".
O, bildirib ki, neft işçiləri "dünyanın hər yerindən mal oğurlamaq hüququna malik olduqlarına inananların piratçılığına etiraz etmək və soyğunçuluğa və piratçılığa "yox" demək üçün dünyanın hər yerində işçi sinfini fəal şəkildə təşkilatlandırmağa başlamalıdır".
Maduro bildirib ki, "artıq 25 həftədir ki, Venesuela neft obyektlərinə hücum edən özəl şəxslərin çoxşaxəli, aqressiv psixoloji terrorizm və piratçılıq kampaniyası ilə üzləşir və onu məğlub edir". (Musavat.com)