Avropa və ABŞ arasında Ukrayna üzrə danışıqlarla bağlı Moskvaya siqnal daxil olmayıb - Kreml

Rusiya tərəfi Avropa və ABŞ arasında Ukraynada münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar barədə hər hansı siqnal almayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurmalistlərin Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun nə vaxt gözlənildiyi ilə bağlı sualı cavablandırarkən deyib ki, əvvəlcə danışıqların nəticəsində nələrin formalaşacağı ilə tanış olmaq lazımdır.

Kremlin sözçüsü həmçinin vurğulayıb ki, Avropa tərəfinin münaqişənin nizamlanması prosesində iştirakı "yaxşı heç nə vəd etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31