Rusiyanın baş donosçusu milyonlar qazanır

Rusiyanın "Təhlükəsiz İnternet Liqası"nın rəhbəri Yekaterina Mizulinanın illik gəliri 17 milyon rubl (214 nmin dollar) təşkil edir.

Olaylar.az Musavat.com-a istinadən xəbər  verir ki, məlumata görə, Mizulinanın illik qazancı maaşla yaşayan Dövlət Duması deputatlarının gəlirini 2-3 dəfə üstələyir və hətta Rusiya prezidenti Vladimir Putinin maaşından 1,5 dəfə çoxdur.

9 milyon rubl Mizulina "Təhlükəsiz İnternet Liqası"ndan alır. Halbuki 2024-cü ildə assosiasiyaya cəmi 73 min rubl ianə daxil olub. Sənədlərə əsasən, Liqada ümumilikdə 12 nəfər çalışır (analitiklər, proqramçılar, informasiya təhlükəsizliyi mütəxəssisləri). Maraqlıdır ki, 11 əməkdaşın maaşına xərclənən məbləğ bircə Mizulinin maaşı qədərdir. Liqanı pravoslav oliqarx Konstantin Malofeyev təsis edib, lakin hazırkı donorların kimliyi maliyyə hesabatlarında gizlədilir.

Daha 8 milyon rubl Mizulina "İtkin düşmüş və zərər çəkmiş uşaqlara yardım üzrə Milli Monitorinq Mərkəzi"ndə icraçı direktor vəzifəsində çalışdığına görə alır. Qəyyumlar şurasının sədri kimi Yelena Milskaya göstərilir - "Proekt" nəşrinin məlumatına görə, o, FHN rəhbəri Aleksandr Kurenkovun gizli həyat yoldaşıdır. Qanuna zidd olaraq, Monitorinq Mərkəzi sonuncu dəfə fəaliyyətinə dair hesabatı 2019-cu ildə təqdim edib.

Bu gəlirlər Mizulinanın lüks həyat tərzi sürməsinə imkan verir. Məlumat sızmalarına əsasən, o, mütəmadi olaraq Moskvanın TSUM mağazasında alış-veriş edir; bir dəfəyə 360 min rubl dəyərində alışlar qeydə alınıb. Rosreestr məlumatlarına görə, Mizulin Moskvanın mərkəzində yerləşən elit "Poqorelskiy 5, bina 2" yaşayış kompleksində yaşayır. Ona məxsus 210 kvadratmetrlik mənzilin dəyəri təxminən 200 milyon rubldur.

Mizulinanın qardaşı övladları Belçika vətəndaşlarıdır. Rusiyanın əsas "donosçusu"nun qardaşı Nikolay artıq təxminən 20 ildir ispan əsilli Patrisiya Qonsaleslə evlidir. Nikolay beynəlxalq Mayer Brown hüquq firmasında çalışır, həyat yoldaşı isə LinkedIn-də özünü relokasiya üzrə mütəxəssis kimi təqdim edir. Cütlük Brüssel (Aİ paytaxtı) ilə Moskva arasında sərbəst şəkildə hərəkət edir - Nikolay bacısından fərqli olaraq sanksiya siyahısında deyil. Onların uşaqları isə Mizulin-Qonsales ikiqat soyadını daşıyırlar, bunu Explainer müəyyən edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31