BMT komissarı Türk Ukraynanı rusiyalı hərbi əsirləri işgəncələrdən qorumağa çağırıb - ÖZƏL
20:18 DünyaUkrayna hakimiyyəti rus hərbi əsirlərini işgəncə və qəddar rəftardan qorumalıdır.
Olaylar xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Kiyevə bu çağırışı edib.
O qeyd edib ki, noyabrın ortalarında Ukraynada saxlanılan 127 rus hərbi əsiri və üçüncü ölkələrin on vətəndaşı ilə söhbətlər aparılıb.
Türk əlavə edib ki, onların yarısı saxlanma yerlərinə çatmazdan əvvəl tranzitdə məruz qaldıqları işgəncə və pis rəftardan şikayətləniblər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31