Hollandiya Ukraynaya kontingent göndərmə imkanını istisna etmir- ÖZƏL

Hollandiya Xarici İşlər Nazirliyi Ukraynaya hərbi kontingent göndərilməsi ehtimalını istisna etməyib. Olaylar.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər naziri vəzifəsini icra edən David van Vil WNL telekanalına verdiyi müsahibədə bildirib.
O, qeyd edib ki, Qaaqa ilk növbədə Kiyev üçün "hərbi təhlükəsizlik zəmanətləri"nin təmin olunmasına önəm verir. "Bəli, bu mövzu yaxın həftələrdə müzakirə olunacaq", - deyə o əlavə edib. Van Vil həmçinin vurğulayıb ki, hərbi qüvvələrin hansı formada yerləşdiriləcəyi və fərdi ölkələrin töhfəsinin necə olacağı hələ işlənir.
Hollandiya hökumətinin bu addımı, Ukraynanın təhlükəsizliyinin təmin olunması məqsədilə beynəlxalq hərbi dəstəyin artırılmasına yönəlmiş addımlar arasında qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31