Pentaqon: "Narkotik daşıyan 3 qayığı vurduq" - 8 nəfər öldürülüb
13:40 DünyaABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan üç qayığa zərbə endirib.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Pentaqon rəsmi məlumat yayıb.
Bildirilir ki, ABŞ ordusu Sakit okeanda beynəlxalq sularda üç narkotik qaçaqmalçılığı qayığını məhv edib. Pentaqonun X sosial media platformasında dərc olunmuş açıqlamasına görə, gəmidə olan səkkiz nəfər həlak olub.
"Kəşfiyyat gəmilərin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarını izlədiyini və narkotik daşıdığını təsdiqləyib. Bu əməliyyatlar zamanı ümumilikdə səkkiz kişi narkotik qaçaqmalçılığı ilə məşğul olan terrorçu öldürülüb", - Pentaqon qeyd edib.
Onu da qeyd edək ki, son 1-2 ayda ABŞ ordusu hissələrinin Venesuela ətrafında dənizə çıxan katerlərə atəş açması nəticəsində 100-ə yaxın adam öldürülüb. Onların heç də hamısının narkotik qaçaqmalçısı olmadığına dair iddialar var.
Venesuela hökuməti bu kimi aktlara qarşı etirazını bildirir və iddia edir ki, bütün bunlar ABŞ-nin Venesuealaya təzyiqlərinin nəticəsidir. (Musavat.com)