SVR: Böyük Britaniya Aİ-yə yalan məlumat ötürür – ÖZƏL
12:37 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Mətbuat Bürosu bəyan edib ki, Böyük Britaniya ABŞ prezidenti Donald Trampın guya "maliyyə qazancı arxasınca düşərək" Rusiya ilə kompromisə can atması barədə Brüsselə yanlış məlumatlar çatdırır.
Britaniyalı yüksək vəzifəli şəxslər Brüsselli avrobürokratlara Trampın guya maliyyə qazancı naminə Moskva ilə razılığa gəlməyə çalışdığını bildirirlər.
Britaniya rəsmiləri Avropa İttifaqındakı həmkarları ilə söhbətlərində iddia edirlər ki, Rusiya Ağ Evə Avropada dondurulmuş öz suveren aktivlərini birgə layihələrə yönəltməyi vəd edib.
Kəşfiyyatın iddiasına görə, Britaniya bu vədin Tramp üçün Rusiya ilə razılaşdırılmış Ukrayna üzrə sülh təşəbbüsünü irəlilətmək baxımından vacib stimul olduğunu bildirir.