ABŞ-nin "Tramp yolu" təşəbbüsü: Moskva İrəvandan məsləhətləşmələr gözləyir – ÖZƏL
11:05 DünyaRusiya tərəfi Ermənistanla ABŞ-nin təklif etdiyi "Tramp yolu" təşəbbüsünün parametrləri ilə bağlı məsləhətləşmələrə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin məlumat verib.
Kaluqin qeyd edib ki, Moskva təşəbbüsün məzmununu və Rusiyanın mümkün iştirakını müzakirə etməyə açıqdır, çünki bu, əvvəllər üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılmış marşrutun bir hissəsidir.
Diplomat bildirib ki, Rusiyanın Ermənistan dəmir yolu şəbəkəsini idarə edən "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin imtiyazı (konsessiyası) var. Bundan əlavə, yolun böyük hissəsi Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçir və regionda Rusiya dəmir yolu təkəri istifadə olunur.
Kaluqin Ermənistanın Aİİ üzvü olduğunu vurğulayaraq, Rusiyanın iştirakı olmadan bu təşəbbüsün həyata keçirilməsinin çətin olacağını qeyd edib.