İranda silahlı insident: 3 polis əməkdaşı öldürülüb

Ötən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Fəhrəc rayonunda baş verən silahlı insidentdə 3 polis əməkdaşı və bir mülki vətəndaş öldürülüb.

Olaylar.az-ın məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, insidentə səbəb rayonda qurulan yoxlama-keçid məntəqəsinə naməlum silahlıların hücum etməsi olub.

Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb olunub və faktla bağlı araşdırma aparılır.

Naməlum silahlılar haqda əlavə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31