Araqçi Moskvaya GETDİ

İranın Rusiyadakı səfiri Kazem Cəlalinin verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmaq və digər rəsmilərlə görüşmək üçün Moskvaya səfər edib. 

Olaylar.az xəbər verir ki, bu barədə İran səfirliyinin Telegram kanalında dərc olunmuş açıqlamada bildirilir.

Səfir qeyd edib ki, ötən həftə Aşqabadda iki ölkə prezidentləri arasında keçirilən məsləhətləşmələrdən sonra  Araqçi bu gün Moskvaya yola düşüb və xarici işlər naziri və həmin ölkənin digər rəsmiləri ilə görüşəcək.

Cəlalinin sözlərinə görə, hazırkı "gündəm geniş siyasi məsələləri və iqtisadi layihələri əhatə edir və ortaq məqsəd və yanaşmaları inkişaf etdirmək üçün regional və beynəlxalq əməkdaşlıq davam edir ki, bu da münasibətləri yeni səviyyəyə qaldırmağı nəzərdə tutur". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31