Tramp BBC-dən 10 milyard dollar təzminat istəyir – İDDİANAMƏ
10:05 DünyaABŞ prezidenti Donald Tramp BBC-dən ən azı 10 milyard dollar təzminat tələb edir.
Olaylar.az xəbər verir ki, bu, Amerika liderinin Florida ştatının Cənub Dairəsi üzrə federal məhkəmədə qaldırdığı iddiada əksini tapıb. Məhkəmənin onlayn məlumat bazasında dərc olunmuş sənədə görə, iddiaçı BBC-ni iki maddədə ittiham edir: böhtan və Florida ştatının "aldadıcı və ədalətsiz ticarət təcrübələri" qanununu pozmaq. Hər bir maddə üçün Amerika lideri "ən azı 5 milyard dollar məbləğində, üstəgəl faizlər, xərclər, cərimələr, vəkil haqları və məhkəmənin ədalətli və düzgün hesab etdiyi digər güzəştlər" tələb edir.
İddia ərizəsində qeyd olunur ki, BBC-nin Trampın 6 yanvar 2021-ci il tarixli çıxışının bəzi hissələrini redaktə etmək hərəkətləri qəsdən və pis niyyətli olub və nəticələri Amerika liderinə zərər verməyə davam edir. Trampın vəkilləri həmçinin münsiflər heyətinin məhkəməsini tələb edirlər.
Qalmaqal 2024-cü ilin oktyabr ayında BBC-nin yayımladığı verilişlə bağlıdır. Trampın çıxışı onun tərəfdarlarını ABŞ-da Kapitolini ələ keçirməyə çağırdığını göstərmək üçün redaktə edilib, halbuki əslində prezident vətəndaş mövqelərini dinc yolla ifadə etməyin vacibliyindən danışıb. Qalmaqal BBC-nin baş direktoru Tim Deyvi və korporasiyanın xəbərlər şöbəsinin rəhbəri Deborah Turnessin istefasına səbəb olub.
Tramp əvvəllər tanınmış media korporasiyaları ilə çoxsaylı hüquqi mübarizələrdə iştirak edib. O, CNN, ABC News və CBS News, eləcə də The Wall Street Journal və The New York Times-a qarşı məhkəmə iddiaları qaldırıb. (Musavat.com)