Hərbi qeydiyyat qaydası sərtləşdirildi: Məlumat verməyənləri yüksək cərimə gözləyir
09:03 DünyaRusiyada hərbi qeydiyyatla bağlı qaydalara dəyişiklik edilib. Rusiya prezidenti Vladimir Putin yaşayış yerinin dəyişdirilməsi barədə hərbi komissarlığa məlumat verilməməsinə görə cərimə nəzərdə tutan qanunu imzalayıb.
Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, bu tələb artıq yalnız çağırış dövründə deyil, ilin bütün ayları ərzində qüvvədə olacaq.
Qanuna görə, vətəndaş yaşayış yerini üç aydan artıq müddətə dəyişdiyi halda bu barədə hərbi komissarlığı məlumatlandırmazsa, 10 min rubldan 20 min rubladək cərimə olunacaq.
Rəsmi izahda bildirilib ki, dəyişiklik hərbi uçotun dəqiqləşdirilməsi və nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Yeni qaydaların yaxın dövrdə tam tətbiqinə başlanacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31