Ukrayna kəşfiyyatının izi ilə: "FSB" beş regionda diversiya törədən 10 rusiyalını ələ keçirdi
15 Dekabr 21:14 DünyaRusiya Federal Təhlükəsizlik Xidməti (FSB) beş regionda Ukrayna xüsusi xidmət orqanları ilə əlaqədə olan 10 Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, "FSB"-nin məlumatına görə, saxlanılan şəxslər Ukrayna xüsusi xidmətlərinin tapşırıqları əsasında ölkə ərazisində bir sıra təxribat-diversiya aksiyaları həyata keçiriblər. Onlar rəsmi xidmət avtomobillərini yandırmaq, eləcə də energetika və nəqliyyat infrastrukturunun fəaliyyətini pozmaq məqsədilə hərəkət ediblər.
Qurum bildirir ki, şübhəlilər sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə Ukrayna kəşfiyyat strukturları ilə əlaqə saxlayıblar, tapşırıqları mərhələli şəkildə yerinə yetiriblər və bunun müqabilində maddi vədlər alıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31